Türkiyə Yunanıstana qaz nəqlini bu gün bərpa edəcək

Türkiyə Yunanıstana qaz nəqlini bu gün bərpa edəcək
# 15 fevral 2012 14:22 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Türkiyə Yunanıstana “Şahdəniz” yatağında texniki problemlərlə əlaqədar dayandırılmış qaz nəqlini bu gün bərpa etməyi planlaşdırır. “APA-Economics”in məlumatına görə, bu barədə xarici KİV-lər xəbər verir.

Qeyd edək ki, “Şahdəniz” layihəsinin operatoru olan “BP-Azerbaijan” şirkətindən bildirilib ki, fevralın 6-da saat 16:00-dan yataqdakı platformanın elektrik enerjisi ilə təchizatı sistemində əvvəlcədən planlaşdırılmış profilaktik işlər aparılır. Həmin işlər zamanı platformanın avtomatik dayandırılması sistemi işə düşüb və nəticədə platformadakı bütün əməliyyatlar, o cümlədən Gürcüstan, Türkiyə və Yunanıstana qaz nəqli dayandırılıb. Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız bəyan edib ki, qaz təchizatının dayandırılması ölkədə heç bir problem yaratmayıb.

Xatırladaq ki, “Şahdəniz” platformasının gündəlik hasilat gücü 25 mln. kubmetr təbii qaz təşkil edir. Yunanıstan hər il Türkiyə vasitəsilə Azərbaycandan 800 mlrd. kubmetr qaz alır. Türkiyə isə İrandan ildə 10 mlrd. kubmetr, Azərbaycandan isə 6,: mlrd. kubmetr qaz idxal edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR