Azərbaycanda rüşvətxorluqda təqsirləndirilən universitet dosentinə 10 il cəza istənilib

Azərbaycanda rüşvətxorluqda təqsirləndirilən universitet dosentinə 10 il cəza istənilib
# 27 sentyabr 2012 14:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Təfəkkür Universitetinin dosenti və həmkarlar komitəsinin sədri vəzifəsində işləyən Rüstəmov Rüzbeh Nadir oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində R. Rüstəmov 9 dekabr 2011-ci il tarixdə universitetin Bakı şəhəri, Təbriz küçəsi, 19 saylı ünvanda yerləşən inzibati binasındakı xidməti otağında rüşvət alarkən tutulub.

R. Rüstəmov Cinayət Məcəlləsinin 311.3.3-cü (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR