Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələr başlayıb

Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələr başlayıb
# 23 may 2012 14:35 (UTC +04:00)
APA-nın məlumatına görə, görüşdə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü - ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransanın, eləcə də Almaniyanın nümayəndələri, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili iştirak edir.

Ketrin Eştonun sözçüsü Maykl Mann jurnalistlərə açıqlamasında bildirib ki, İranla müzakirələrdə irəliləyişə nail olmağı ümid edirlər: “Müzakirələrdə dünyanın aparıcı dövlətləri İrana uranın zənginləşdirilməsini 20%-dən 5%-ə endirməyi təklif edəcək. Bunun qarşılığında isə Tehrana tətbiq olunmuş sanksiyaların yüngülləşdirilməsi nəzərdə tutulur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR