Ötən il Azərbaycanda sığorta təşkilatları tərəfindən əsassız imtina halları üzrə 245 min manat sığorta ödənişinin verilməsi təmin edilib
12 mart 2012 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) tərəfindən 2011-ci il ərzində sığorta ödənişlərinin verilməsindən əsassız imtina halları üzrə 245 min manata yaxın sığorta ödənişinin sığortaçılar tərəfindən sığortalılara ödənilməsi təmin edilib.
DSNX-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində yeni yaradılan 2 sığorta şirkətinə 5 il müddətinə və əvvəllər verilmiş lisenziyanın fəaliyyət müddətinin başa çatması ilə əlaqədar 4 sığorta şirkətinə, 1 fiziki şəxsə və 1 hüquqi şəxs sığorta brokerinə, 11 hüquqi şəxsə və 108 fiziki şəxsə sığorta agenti fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
Verilmiş lisenziyalarla bağlı dövlət büdcəsinə 187,6 min manat həcmində dövlət rüsumu ödənilib.
Həmçinin, ötən il ərzində 9 sığorta və 3 sığorta broker şirkətinin fəaliyyəti yoxlanılıb və yoxlamalar nəticəsində 1 sığorta şirkətinin lisenziyasının qüvvəsi dayandırılıb, 8 sığorta şirkətinə isə aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün icrası məcburi olan təqdimatlar verilib.
Qeyd edək ki, 2011-ci ildə sığorta şirkətləri tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 213 mln. manat, sığorta ödənişləri isə 62 mln. manat olub.

Maliyyə
"Bank of Azerbaijan"nın kreditorlarının tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək
19:35
25 may 2024
"Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
17:52
25 may 2024
Ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin kreditorlarının diqqətinə!
17:01
25 may 2024
Qarabağda Bir başlanğıc daha: Kapital Bank-ın Xankəndi filialı açılıb
14:57
25 may 2024