Gürcüstanlı ekspert: “Gürcüstan Yazıçılar Birliyinin sədri yanlış hərəkət edib” - FOTO

Gürcüstanlı ekspert: “Gürcüstan Yazıçılar Birliyinin sədri yanlış hərəkət edib” - <font color=red>FOTO</font>
# 01 noyabr 2012 13:22 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Qafqaz ölkələri bir-birinə hörmət etməlidir. Məsələn, Gürcüstanda işğal olunan iki ərazi var. Öz vəziyyətimizə baxıb, başqalarına da hörmətlə yanaşmalıyıq”. Bu sözləri APA-nın Gürcüstan bürosuna açıqlamasında müstəqil ekspert, “Qruziya Online” portalının redaktoru Qoça Qvaramiya deyib. Gürcüstan Yazıçılar Birliyinin sədri Mağvala Qonaşvilinin Dağlıq Qarabağa səfərinə münasibət bildirən Q. Qvaramiya bəyan edib ki, alovun üstünə benzin tökmək lazım deyil: “Səfər ərəfəsində həm Azərbaycan, həm də Ermənistan tərəfi ilə danışıqlar aparmaq və bundan sonra hərəkət etmək lazım idi. Azərbaycanın Gürcüstanda səfirliyi var. Yalnız ora müraciət etmək lazımdır. Səfirliyə demək lazım idi ki, mən oraya təbliğat, siyasi tədbirdə iştirak və yaxud Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün getmirəm. Elə hərəkət etmək lazımdır ki, problemlərin artmasına yol verilməsin”.

Q. Qvaramiya qeyd edib ki, üç Cənubi Qafqaz ölkəsi istəsə də, istəməsə də çiyin-çiyinə yaşamalıdır: “Biz həmişə qonşu olacağıq. Sözsüz ki, gec-tez Azərbaycan və Ermənistan ümumi dil taparaq uzun illər davam edən münaqişəni həll edəcəklər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR