Gürcüstanda Azərbaycanlı Jurnalistlər Birliyi qeydiyyatdan keçib

Gürcüstanda Azərbaycanlı Jurnalistlər Birliyi qeydiyyatdan keçib
# 17 avqust 2012 08:16 (UTC +04:00)
Tiflis-APA. Gürcüstanda Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) qeydiyyatdan keçib. APA-nın məlumatına görə, birliyin sədri APA-nın Gürcüstan bürosunun əməkdaşı Nizami Məmmədzadə seçilib. N. Məmmədzadənin sözlərinə görə, GAJB gənc azərbaycanlı jurnalistlərin yetişməsində, gürcü və Azərbaycan jurnalistlərinin inteqrasiya prosesində fəal mövqedən çıxış edəcək, Gürcüstan və Azərbaycan dövlətçiliyi, dostluğu və Azərbaycançılıq ideyaları haqqında publisist yazıların, nəşr nümunələrin oxuculara çatdırılmasına çalışacaq, bu ölkədə yaşayan azərbaycanlı jurnalistlərin yubileylərini təşkil edəcək. Birlik Gürcüstanda nəşr olunan Azərbaycan dilli mətbuat və azərbaycanlı jurnalistlər haqqında da kitablar nəşr etməyi nəzərdə tutub.

Yaxın günlərdə GAJB-nin təqdimat mərasimi keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR