Bolqarıstanın «Eurovision-2012» təmsilçisi Bakıya ailəsi ilə birgə gəlib
14 may 2012 23:10 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bolqarıstanın «Eurovision 2012» təmsilçisi Sofi Marinova Azərbaycana ailəsi ilə birgə gəlib. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Sofi Morinovanı Heydər Əliyev Beynəlxalq Hava Limanında eurovision.az saytının əməkdaşları qarşılayıb. Təmsilçi Bakıda olmağından sevinc duyduğunu deyib və ailəvi şəhərimizi gəzəcəyini deyib: "Bakıya gəlməkdən məmnunuq. Ailəvi səfər etmək çox gözəldir. Oğlum və həyat yoldaşım mənə uğur gətirir".
İfa etdiyi mahnıda müxtəlif dillərdə, eləcə də Azərbaycan dilində "Mən səni sevirəm" deyən Sofi Marinova Azərbaycanca salamlarını çatdırıb: "Salam Azərbaycan, mən Sofi Bakıdayam".
Bakıya gələn Serbiya təmsilçisi Zeljko Yoksimoviç müsabiqə mahnısının Azərbaycan dilində hazırladığını deyib. Məlum olub ki, bu yaxınlarda 40 yaşını qeyd edən Zeljko, Bakıda çıxışı zamanı tək olmayacaq. Həyat yoldaşı ona dəstək olmaq üçün mayın 18-də Bakıya gələcək.

Mədəniyyət siyasəti
Tacikistan Mədəniyyəti Günləri başa çatıb - FOTO
10:57
24 may 2024
Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşib
19:18
23 may 2024
#TikTokdanÖyrən layihəsinin nəticələri yekunlaşıb, 20 min maarifləndirici video yaradılıb
16:15
22 may 2024
Mədəniyyət Nazirliyi Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb
16:12
22 may 2024