Şri-Lanka biznesmenləri Azərbaycan sahibkarları ilə əməkdaşlığa maraq göstərir

Şri-Lanka biznesmenləri Azərbaycan sahibkarları ilə əməkdaşlığa maraq göstərir
# 09 mart 2012 14:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Şri-Lankada fəaliyyət göstərən şirkətlər Azərbaycanın iş adamları ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, hazırda Şri-Lankada istehsal olunan bir sıra mal və məhsulların Azərbaycana ixrac edilməsi, həmçinin tələbatı olan malların idxalı təklif olunur.

İxrac üçün təklif olunan mal və məhsulların siyahısına meyvələr, ədvələr, parçalar, lak və boyalar, idxal üçün isə təklif olunan mal və məhsulların siyahısına dərman preparatları və tibbi avadanlıqlar daxildir.

Eyni zamanda, müxtəlif parça növlərinin istehsalı üzrə birgə müəssisənin yaradılması məsələsinin müzakirə edilməsi də təklif olunur.

Ətraflı məlumat əldə etmək üçün Şri-Lanka Milli Ticarət Palatasına müraciət etmək lazımdır: tel: (+9411) 474-17-88.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR