«Təmiz Şəhər» «Sabahı düşün!» şüarı altında «flaşmob»u təqdim edib - FOTO
24 iyul 2012 10:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Yaşıl düşüncə» tərzinin formalaşdırılması və gənclərin ətraf mühitin mühafizəsi sahəsində fəal iştirakını təmin etmək məqsədilə «Təmiz Şəhər» ASC tərəfindən keçirilən tədbirlər davam etdirilir.
«Təmiz Şəhər»dən «APA-Economics»ə verilən məlumata görə, ASC növbəti maarifləndirmə aksiyasını - «Sabahı düşün!» şüarı altında internet istifadəçilər üçün hazırladığı «flashmob»u («iMob») ictimaiyyətə təqdim edib.
Aksiyanın keçirilməsində və internet rolikin hazırlanmasında əsas məqsəd gənclər arasında «yaşıl düşüncə» tərzinin formalaşdırılması, onlara ətraf mühitin mühafizəsinə daha məsuliyyətli yanaşmağın aşılanması və tullantıların düzgün idarə olunmasında gənclərin fəal iştirakını təmin etməkdir.
«Sabahı düşün!» şüarı altında keçirilmiş aksiyada tullantıların ətraf mühitə, təbiətə mənfi təsirləri barədə məlumat verilib, tullantıların düzgün idarə edilməsinin əhəmiyyəti vurğulanıb: «Bu «flashmob» gəncləri təmizliyin qorunmasında daha fəal iştiraka səsləyir, onlarda «yaşıl düşüncə» tərzinin formalaşdırılmasını stimullaşdırır».
Qeyd edək ki, videoçarxı http://www.youtube.com/watch?v=f6MBDC3Mf00 linki vasitəsi ilə izləmək olar.

İnfrastruktur
Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunun tam potensialı ilə fəaliyyət göstərəcəyini deyib
19:32
16 may 2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək
17:14
16 may 2024
“Azərişıq” sədri Şəkidə vətəndaşları qəbul edib
17:11
16 may 2024
ADY: İnklüziv nəqliyyat – Maneəsiz səyahət
14:21
16 may 2024