MDB-də daha əlverişli vergi mühitinin formalaşdırılması məsələsi müzakirə edilib

MDB-də daha əlverişli vergi mühitinin formalaşdırılması məsələsi müzakirə edilib
# 08 iyun 2012 10:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-ECONOMICS. Bakıda MDB-yə üzv dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 19-cu iclasında müzakirə olunan əsas məsələlərdən biri son bir ildə ölkələrin vergi qanunvericiliyində baş vermiş dəyişikliklərlə bağlı olub. “APA-ECONOMICS”in məlumatına görə, bu barədə Azərbaycanın vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.

S. Ələkbərovun sözlərinə görə, Koordinasiya şurasının iclasında kiçik sahibkarlar arasında sadələşdirilmiş vergi ödəyiciləri, daha əlverişli vergi mühitinin formalaşdırılması, fiziki şəxslərin gəlirlərinin gizlətməyə cəhdlərinin qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilib: «Bütün bunlar gələcəkdə bizim birgə səylərimizin daha da güclənməsi üçün xüsusi əhəmiyyət kəsb edəcək».

İclasda vergi ödəyicilərinə vergi xidmətlərinin göstərilməsi, bu xidmətlərin çeşidinin artırılması da müzakirə mövzusu olub: «Bu gün Azərbaycanda da vergilərin toplanmasından onların könüllü ödənilməsinə keçid məsələsi ən mühüm məsələ hesab olunur və bunun üçün elektron xidmətlərin göstərilməsi əsas yer tutur. Azərbaycanda elektron xidmətlərin göstərilməsi getdikcə genişlənir. Vergilər Nazirliyi bu sahədə aparıcı mövqedə duran dövlət qurumudur», - deyə nazir müavini bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR