“Lufthansa” şirkətinin təyyarə bələdçiləri tətilə başlayıb
31 avqust 2012 07:36 (UTC +04:00)
Bakı – APA-Economics. Bu gün Almaniyada “Lufthansa” şirkətinin təyyarə bələdçiləri tətil aksiyasına başlayıb. “APA-Economics”in xəbərinə görə, bu barədə Təyyarə Bələdçilərinin Müstəqil Təşkilatı (UFO) açıqlama yayıb.
UFO-nun təşkilatçılığı ilə keçirilən aksiya ilk olaraq Frankfurt-Mayn hava limanını əhatə edir. Yerli vaxtla saat 05:00-da (Bakı vaxtı ilə 08:00-da) başlayan tətil saat 13:00-a (Bakı vaxtı ilə 16:00-a) qədər davam edəcək.
“Lufthansa” şirkətinin yaydığı açıqlamada bildirilir ki, tətillə əlaqədar təxirə salınan və ya ləğv edilən aviareyslərin sərnişinlərinə bu barədə xəbərdarlıqlar göndəriləcək. Ümumilikdə bu gün Frankfurt-Mayn hava limanından 480 aviareys yerinə yetirilməlidir.
Qeyd edək ki, təyyarə bələdçilərinin həmkarlar ittifaqı ilə “Lufthansa” arasındakı mübahisə bir ildən artıqdır davam edir. Bələdçilər maaşlarının və digər ödənişlərin 5% artırılmasını tələb edir.

İnfrastruktur
Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib
13:48
18 may 2024
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
19:48
17 may 2024
Dövlət Xidməti: MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər
17:27
17 may 2024
Kirayə üsulu ilə 328 mənzil satışa çıxarılıb
16:43
17 may 2024