Bank Of Baku

Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq ölüb - YENİLƏNİB

Yardımlıda 7 yaşlı uşaq çayda boğularaq ölüb - YENİLƏNİB
# 25 noyabr 2026 12:39 (UTC +04:00)

Yardımlı rayonunda dünən meyiti taplılan məktəblinin çayda boğulduğu məlum olub.

APA xəbər verir ki, noyabrın 24-də saat 20 radələrində Gendərə kənd sakini 2019-cu il təvəllüdlü Ə.Qurbanlı kəndin ərazisindən keçən çaya düşərək boğulub.

Azyaşlının meyiti sudan çıxarılıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

***

24 noyabr, 23.10

Yardımlı rayonunda evə qayıtmayan azyaşlı şagirdin meyiti kənd ərazisində aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Gendərə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, ikinci sinif şagirdi Əli Neymət oğlu Qurbanov bu gün məktəbdən çıxdıqdan sonra evə qayıtmayıb.

Onun evə gəlmədiyini görən anası əvvəlcə uşağın babasıgilə getdiyini düşünüb.

Lakin aparılan axtarışlar zamanı azyaşlının meyitini kənd ərazisində yerləşən körpünün altında aşkar ediblər.

İlkin ehtimala görə, uşağın körpüdən yıxılması nəticəsində həyatını itirdiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin dəqiq səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR