Mənuçöhr Möttəki: “İran və ABŞ arasında birbaşa müzakirələr mümkündür”

Mənuçöhr Möttəki: “İran və ABŞ arasında birbaşa müzakirələr mümkündür”
# 15 may 2013 06:41 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. “İran və ABŞ arasında birbaşa müzakirələrin aparılması mümkündür”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidentliyinə namizəd, keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki deyib. Onun sözlərinə görə, belə bir dialoqun baş tutması üçün hər iki tərəfin siyasi iradəsi lazımdır: “İran və ABŞ bölgədə və dünyada gedən proseslərdə təsirli rol oynayan ölkələrdəndir.

M. Möttəki deyib ki, Barak Obama ABŞ prezidenti seçildikdən sonra İranın ali dini lideri, ayətullah Əli Xamneyiyə iki məktub yazıb: “Obamanın seçki şüarı dəyişiklik yaratmaqdı. Ancaq biz onun prezidentliyinin ilk dörd ili ərzində elə bir dəyişiklik görmədik. Biz sözdə deyil, əməldə dəyişiklik görsəydik, ABŞ-la birbaşa müzakirələr keçirərdik”.

Qeyd edək ki, M. Möttəki 5 mühafizəkarın yaratdığı “Beşlik” seçki koalisiyasının üzvüdür. Koalisiyaya İranın hazırkı vitse-spikerləri Məhəmmədrza Bahünər və Məhəmmədhəsən Əbuturabifərd, Tehran Ticarət Palatasının sədri Yəhya Əli İshaq və sabiq daxili işlər naziri Mustafa Purməhəmmədi daxildir.

İranda prezident seçkiləri bu il iyunun 14-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR