Əli Həsənov: “Azərbaycan hökuməti BQXK-nın şəffaf və sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradacaq” - FOTO

Əli Həsənov: “Azərbaycan hökuməti BQXK-nın şəffaf və sərbəst fəaliyyəti üçün hərtərəfli şərait yaradacaq” - <span style="color: red;">FOTO
# 11 aprel 2014 13:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Donor Əlaqələri şöbəsinin müdiri Jeron Sorqu və BQXK-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Deniz Duranı qəbul edib.

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə.Həsənov BQXK-nin Azərbaycandakı nümayəndəliyinin ölkəmizdəki fəaliyyətini müsbət dəyərləndirib.

Ə.Həsənov qeyd edib ki, BQXK-nin Azərbaycandakı nümayəndəliyi fəaliyyət müddəti ərzində mandatına uyğun olaraq ölkəmizdə humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirməklə yanaşı, ilk illərdə məcburi köçkün ailələrinə də fövqəladə vəziyyətdə tələb olunan yardımlar göstərib. Eyni zamanda yaralılar üçün geniş tibbi proqram həyata keçirməyə başlayıb, minlərlə ailələrin üzvlərinə itkin düşən yaxınları barədə məlumatlar toplayıb, cəbhəyanı ərazidə yaşayan uşaqları məktəbli forması və ləvazimatlarla təchiz edib, məktəb və bağçaları təmir edib, Azərbaycan və Ermənistan hökumətləri ilə bu münaqişə nəticəsində əsir düşənlərin saxlanılması, vətənə qaytarılması məsələləri ilə bağlı vasitəçilik edib. Görüşdə BQXK-nın Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qarşılıqlı əlaqəsi, cəmiyyətin potensialını artırmaq üçün texniki və maliyyə dəstəyini davam etdirməsi barədə müzakirə aparılıb. Axtarış fəaliyyətinin gücləndirilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə qurulan əməkdaşlıq müsbət qiymətləndirilib və Azərbaycan hökumətinin BQKK ilə əməkdaşlığı bundan sonra da davam etdirməkdə maraqlı olduğu vurğulanıb. Görüşdə BQXK-nin ümumi fəaliyyəti, qarşıda duran vəzifələrin və digər məsələlərin müzakirəsi zamanı Ə.Həsənov diqqətə çatdırıb ki, ölkəmizdə fəaliyyət göstərən digər beynəlxalq təşkilatlar kimi BQXK-nın da şəffaf və sərbəst fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR