İran səfiri: “Biləsuvar gömrük-keçid məntəqəsində sıxlıq yük maşınlarının çoxalması və yay mövsümü ilə bağlıdır”

İran səfiri: “Biləsuvar gömrük-keçid məntəqəsində sıxlıq yük maşınlarının çoxalması və yay mövsümü ilə bağlıdır”
# 31 may 2013 09:29 (UTC +04:00)

Azərbaycandan İrana və əksində hərəkət edən insanlar saatlarla növbədə gözləməli olurlar.

İranın Azərbaycandakı səfiri Möhsun Pak Ayin APA-ya bildirib ki, Biləsuvar gömrük-keçid məntəqəsində sıxlıq yük maşınlarının çoxalması və yay mövsümü ilə bağlıdır: “İzdiham sərhədin hər iki tərəfində müşahidə olunur. Azərbaycandan İran tərəfinə hərəkət edən yük maşınlarını yoxlamaq üçün orta hesabla 15 dəqiqə tələb olunur, ona görə də, təbiidir ki, sıxlıq yaranır. Digər tərəfdən, səfərlərin çoxalması da belə bir vəziyyətin yaranmasına gətirib çıxarıb. Mən özüm Biləsuvarda vəziyyətlə tanış oldum, insanlarla danışdım. İran tərəfi orada yeni inzibati bina tikir, yeni avadanlıq gətiriləcək. Bu da sərhədi keçmə vaxtını iki dəfə azaldacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR