Barak Obama: İran bir ildən sonra nüvə silahının istehsalına başlaya bilər

Barak Obama: İran bir ildən sonra nüvə silahının istehsalına başlaya bilər
# 05 oktyabr 2013 18:41 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidenti Barak Obama bəyan edib ki, İran azı bir ildən sonra nüvə silahı istehsal etmək imkanına malik olacaq.

“Bizim fikrimizcə, söhbət bir il və ya bundan çox müddətdən gedir, faktiki olaraq, bizim ehtimallar İsrail kəşfiyyatının hesablamalarından daha mühafizəkardır”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Barak Obama jurnalistlərlə görüşündə bildirib.

ABŞ, bir sıra Qərb dövlətləri və İsrail İrandan dinc atom proqramı adı altında nüvə silahı hazırlamaqda şübhələnirlər. Rəsmi Tehran bəyan edir ki, onun nüvə proqramı yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəməyə yönəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR