Bakı Ali Neft Məktəbində “Gənc Neftçilər” olimpiadası keçirilib

Bakı Ali Neft Məktəbində “Gənc Neftçilər” olimpiadası keçirilib
# 29 dekabr 2013 08:15 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbinin (BANM) Tələbə Gənclər Təşkilatı Azərbaycan prezidenti yanında Gənclər Fondunun 2013-cü ildə həyata keçirdiyi qrant müsabiqəsi çərçivəsində “Gənc Neftçilər” olimpiada layihəsi üzrə qalib olub.

Məktəbdən “APA-Economics”ə verilən xəbərə görə, bu layihəyə əsasən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) və BANM-nin Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə ali məktəbdə respublika üzrə olimpiadalar keçirilib.

Olimpiadalar 5 istiqamət (iqtisadi biliklər, tarix, psixologiya, tibbi biliklər və gənc neftçilər) üzrə aparılır. Olimpiadalarda iştirak etmək üçün 3000-ə yaxın tələbə qeydiyyatdan keçib və onlardan 500 nəfəri final mərhələsinə keçib. Olimpiadaların qalibləri yanvar ayında BANM-də keçiriləcək mükafatlandırma mərasimində təltif olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR