Macar akademik şəxsi kitabxanasını AMEA-ya bağışlayıb - FOTO

Macar akademik şəxsi kitabxanasını AMEA-ya bağışlayıb - <span style="color: red;">FOTO
# 04 dekabr 2013 10:27 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Məşhur türkoloq-alim, Macarıstan EA-nın həqiqi üzvü Georq Hazainin AMEA Mərkəzi Elmi Kitabxanada (MEK) saxlanılan şəxsi kolleksiyasının kataloq-kitabı nəşr edilib.

APA-nın məlumatına görə, kitab AMEA Rəyasət Heyətinin sərəncamı, MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərlinin redaktorluğu ilə nəşr edilib.

Akademiyadan bildiriblər ki, 2007-ci ildə Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Georq Hazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub: “Azərbaycanı dünyada əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitab və jurnal, 600-ә yaxın elmi məqalə, bir sıra şəxsi arxiv materiallarını AMEA-nın Mərkəzi Elmi Kitabxanasına bağışlayıb. Georq Hazainin şəxsi kitabxanası Mərkəzi Elmi Kitabxananın Şərq Ədəbiyyatı Fondunda mühafizə olunur”.

Burada alimin diqqət nəzərində olan Dağlıq Qarabağ münaqişəsi haqqında qiymətli materiallar da mövcuddur. Kataloqda əksini tapan türk filologiyasına aid biblioqrafik göstəricilər isə şərqşünas alimlərin müxtəlif mövzular üzrə elmi araşdırmalarında yardımçı rol oynayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR