Əbülfəs Qarayev: “Çövkən oyunu ilə bağlı hazırladığımız sənədlər UNESCO-nun bütün kriteriyalarına cavab verir” - FOTO

Əbülfəs Qarayev: “Çövkən oyunu ilə bağlı hazırladığımız sənədlər UNESCO-nun bütün kriteriyalarına cavab verir” - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 11:24 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bakıda UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasının tədbirləri çərçivəsində mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, Çövkən oyunu ilə bağlı bir müddət əvvəl İranla Azərbaycan arasında yaranan mübahisələr barədə sualı cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, hər hansı narahatlığa əsas yoxdur: “Ümid edirik ki, İranın mövqeyi bu oyunun daha da inkişaf etdirilməsi olacaq. Bizim hazırladığımız sənədlər UNESCO-nun bütün kriteriyalarına cavab verən sənədlərdir. Azərbaycanın daxilində, Qarabağ atlarının üstündə oynanılan bu oyunun təhlükə altında olmasını bilirik. Bizim məqsədimiz bu oyun növünün UNESCO-nun siyahısına salınmasından ibarətdir”.

UNESCO-nun mədəniyyət işləri üzrə direktor müavini Françesko Bandarin isə qeyd edib ki, təmsil etdiyi təşkilatın təcrübəsində bu cür mübahisəli məsələlərə rast gəlinib: “Düşünürəm ki, hər hansı narahatlığa əsas yoxdur. Çünki hər şey şəffaflıq üzərində qurulub. Biz hər bir məsələyə diqqətlə yanaşırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR