Bakıda 2 otaqlı ev yanıb, 1 nəfər yanıq xəsarətləri alıb

Bakıda 2 otaqlı ev yanıb, 1 nəfər yanıq xəsarətləri alıb
# 17 yanvar 2014 02:32 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan birmərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağında 20 kv.m sahədə ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarətləri alıb və Təcili Tibbi Yardım Xidməti tərəfindən aidiyyəti üzrə aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR