Kürdəmir rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb

Kürdəmir rayonunda sahibkarlardan prioritet sahələr üzrə investisiya layihələrinin qəbuluna başlanılıb
# 19 sentyabr 2013 09:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Kürdəmir rayonunda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb. Bu barədə Nazirlikdən «APA-Economics»ə verilən məlumatda bildirilir.

Məlumata görə, Fond Kürdəmir rayonunda müasir çörək zavodunun yaradılması, müasir quşçuluq təsərrüfatının yaradılması, kiçik və orta həcmli bağçılıq (nar, üzüm, heyva və s.) və cins heyvandarlıq təsərrüfatlarının yaradılması üzrə layihələrin kreditləşdirilməsini məqsədəuyğun hesab edib.

Kürdəmir rayonunda fəaliyyət göstərən sahibkarlar yuxarıda qeyd olunan sahələr üzrə nümunəvi layihələri Fonddan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün SKMF-ə müraciət etmək olar: A.M.Şərifzadə küçəsi,172; tel.: (012) 434-74-29; faks: (012) 432-37-17; e-mail: [email protected]).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR