Dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib

Dünya şöhrətli yazıçı Qabriel Qarsia Markes xəstəxanaya yerləşdirilib
# 04 aprel 2014 09:18 (UTC +04:00)

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 87 yaşlı yazıçı sətəlcəm olub.

Məsələ ilə bağlı Kolumbiyanın Meksikadakı səfiri Xose Qabrile Ortis açıqlama verib. O bildirib ki, yazıçının sağlamlığı üçün təhlükə yoxdur: “Sadəcə, qrip olub. Ağciyərində iltihab prosesi başlamasın deyə, hər ehtimala qarşı onu xəstəxanaya yerləşdiriblər”.

Qeyd edək ki, Markes Nobel mükafatına 1982-ci ildə layiq görülüb. XX əsrin ən böyük romançılarından sayılan yazıçının “Yüz ilin tənhalığı”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur” və s. əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR