Bir sıra səhiyyə müəssisələri təmirdən sonra istifadəyə verilib

Bir sıra səhiyyə müəssisələri təmirdən sonra istifadəyə verilib
# 17 yanvar 2014 16:39 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Bakı şəhərində bir sıra səhiyyə müəssisələri təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Səbayel rayonundakı 2 saylı şəhər poliklinikası, Nizami rayonundakı 17 saylı uşaq poliklinikası, Xətai rayonundakı 7 nömrəli şəhər poliklinikası, Əmircan qəsəbəsindəki 13 saylı və Pirallahı rayonundakı 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarının binası və 8 saylı Birləşmiş şəhər Xəstəxanasının poliklinika şöbəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun binası da əsaslı təmir edilərək, müasir avadanlıqla təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR