Vladimir Putin: "Ukraynada baş verənlərə laqeyd qala bilmərik" - FOTOSESSİYA

Vladimir Putin: "Ukraynada baş verənlərə laqeyd qala bilmərik" - <span style="color: red;">FOTOSESSİYA
# 08 may 2014 14:27 (UTC +04:00)

APA-nın Moskva müxbiri xəbər verir ki, Kremldə baş tutan qeyri-rəsmi görüşdə Rusiya prezidenti Vladimir Putin həmkarları ilə birlikdə Rusiya Federasiyası Silahlı Qüvvələrinin təlimində iştirak etdiklərini söyləyib.

“Ordumuz ölkələrimizin suverenliyinin və ərazi bütövlüyünün zəmanətidir. Ordumuz qlobal və regional təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır”, - deyə o vurğulayıb.

Avropada hərbiləşmiş millətçiliyin yenidən baş qaldırdığını deyən Putin bu nə vaxtsa nasist ideologiyasının yaranmasına gətirib çıxaracağını qeyd edib: “Bu təhlükə ilə harada qarşılaşdığımızı hamımız bilirik. Qonşumuz, bizə qardaş olan Ukrayna məsuliyyətsiz siyasətin çoxlu faciələrə və itkilərə səbəb olduğunu nümayiş etdirir. Yüz minlərlə insan firəvan həyatdan məhrum olunub. Əlbəttə ki, biz Ukraynada baş verənlərə laqeyd qala bilmərik".

Putin ölkə başçılarının qeyri-rəsmi görüşündə Ukraynadakı vəziyyət, Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafı barədə fikir mübadiləsi aparılacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR