AGBI və AMFBI indeksləri 0,03%, ACBDI isə 0,01% yüksəlib

AGBI və AMFBI indeksləri 0,03%, ACBDI isə 0,01% yüksəlib
# 23 sentyabr 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,03% artaraq sentyabr ayının 23-nə 95,17 təşkil edib.


«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,01% yüksəlib və 99,96 təşkil edib.


Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,03% yüksəlib və 107,68-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR