“SOCAR Trading”in fəaliyyəti nəticəsində Azərbaycana əlavə 1,8 mlrd. dollar gəlir gətirib

“SOCAR Trading”in fəaliyyəti nəticəsində Azərbaycana əlavə 1,8 mlrd. dollar gəlir gətirib
# 13 iyun 2014 11:42 (UTC +04:00)

Bakı - APA-Economics. Boston Consulting Group (BCG) konsaltinq təşkilatının araşdırmaları göstərib ki, “SOCAR Trading” şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft şirkətinin strukturuna daxildir) fəaliyyəti dövlətə əlavə 1,8 mlrd. ABŞ dolları həcmində gəlir gətirib. Hazırda “SOCAR Trading” yeni beynəlxalq bazarlara çıxış imkanlarını araşdırır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bu barədə BCG-nin “SOCAR Trading”in 2008-2013-cü illərdəki fəaliyyətinə həsr olunan hesabatında bildirilir.

Hesabatında qeyd edir ki, bu strategiya şirkətin treydinq portfelinin diversifikasiya olunmasına, üçüncü tərəflərin treyder əməliyyatlarında onun payının artırılmasına və şəxsi ticarət imkanlarından istifadə edilməsinə, həmçinin Azərbaycan şirkətinin dünya bazarında rəqabətədavamlılığının möhkəmləndirməsinə imkan verəcək.

“SOCAR Trading”ə Azərbaycan neftindən əlavə neftin digər növləri ilə ticarət etməsi ona əhəmiyyətli dərəcədə əlavə gəlir gətirib. Sənəddə qeyd olunur ki, 2010-cu ildən başlayaraq “SOCAR Trading” il ərzində təxminən 70 mln. barel Türkmənistan, Qazaxıstan, Rusiya və digər mənşəli neft əldə edir və sonra onları bazara çıxarır.

Xatırladaq ki, baş qərargahı Cenevrədə yerləşən “SOCAR Trading” ARDNŞ tərəfindən Anar Əliyev və Valeriy Qolovuşkinin həmtəsisçiliyi ilə 2007-ci ilin sonunda yaradılıb. Qeyd edək ki, A. Əliyev özünü neft sahəsində təsdiqləmiş nüfuzlu iş adamıdır, V.Qolovuşkin isə “Lukoil” şirkətinin Cenevrədə treydinq şirkətini – “Lukoil Trading”i yaradıb.

Şirkət Ceyhan (Aralıq dənizi, Türkiyə) limanından ARDNŞ-nin ixrac etdiyi xam neftin əsas hissəsinin satışı ilə məşğuldur, digər ölkələrin neft və neft məhsullarının satışını həyata keçirir, eləcə də tabe olduğu şirkətin beynəlxalq sərməyə məsələlərinə yardım edir. “SOCAR Trading” şirkətinin fəaliyyət sahəsi Avropa, Asiya və Amerika ölkələrini əhatə edir. Şirkətin ABŞ, Türkiyə, BƏƏ, Misir, Sinqapur və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR