Sabirabadda 25 yaşlı gəncin başını kəsiblər - YENİLƏNİB - VİDEO

Sabirabadda 25 yaşlı gəncin başını kəsiblər - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 10:22 (UTC +04:00)

Sabirabad rayon prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə bu gün saat 04.00 radələrində Sabirabad rayonunun Əli Kərim adına küçədə baş verib.

Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Araz Qabil oğlu Fərəcov aralarında yaranan münaqişə zəminində tanışı, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin boğazını kəsici alətlə kəsərək qətlə yetirib. Sabirabad rayon prokurorluğu qətlin motivi barədə istintaq aparıldığından, əlavə məlumat verməsə də, qətli törədən şəxsin atasının bildirdiyinə görə, qətl namus üstündə baş verib. Belə ki, onun mərhum oğlunun həyat yoldaşının şəkli Nazim Fətullayevin evindən çıxıb. Məhz bu zəmində yaranan mübahisə sonda qətlə səbəb olub.

Hadisəni törədən A.Fərəcov Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

* * *

Saat 11.41

Bakı. Fuad Cəfərov - APA. Sabirabadda qətl hadisəsi baş verib.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında rayon mərkəzində qeydə alınıb.

Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Araz Qabil oğlu Fərəcov aralarında yaranan münaqişə zəminində tanışı, 1989-cu il təvəllüdlü Abbas Nazim oğlu Fətullayevin boğazını kəsici alətlə kəsərək qətlə yetirib.

Hadisəni törədən A.Fərəcov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR