BVF: Azərbaycanın strateji valyuta ehtiyatları 2015-ci ilə qədər 55 mlrd. dollara çatacaq

 BVF: Azərbaycanın strateji valyuta ehtiyatları 2015-ci ilə qədər 55 mlrd. dollara çatacaq
# 16 iyun 2014 08:08 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın strateji valyuta ehtiyatları 2015-ci ilə qədər $55 mlrd. çatacaq. “APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) saytında yer alan məlumatda qeyd edilir.

Fondun proqnozuna əsasən, cari ilin sonuna ölkənin strateji valyuta ehtiyatları ÜDM-in 64%-ni təşkil etdiyi halda, 2019-cu ilin əvvəlinə bu rəqəm 40%-dək azalacaq. Buna səbəb Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) strateji əhəmiyyət kəsb edən bir neçə enerji layihəsində iştirak etməsidir.

Qeyd edək ki, Azərbaycanın strateji valyuta ehtiyatları Mərkəzi Bankın ehtiyatları, ARDNF aktivləri və Maliyyə Nazirliyinin xəzinədarlıq vəsaitlərinin hesabına formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR