Qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi sahəsindəki əsas problemlər açıqlanıb

Qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyi sahəsindəki əsas problemlər açıqlanıb
# 04 fevral 2014 08:27 (UTC +04:00)

Bunu jurnalistlərə açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin (ETM) rəhbəri Faiq Fərmanov deyib.

F. Fərmanov qeyd edib ki, bu sahədəki əsas problem istifadəçilərin hazırlıqlı olmaması ilə bağlıdır: “Məsələn, istifadəçilər antivirus proqramlarından istifadə etmir və bu da sonda daha böyük problemlərə yol açır. Digər problem tanınmayan ünvandan gələn e-maillərlə bağlıdır: “Bu e-maillərdə yüz faiz virus var və çox vaxt bu e-mailləri açırlar, problem ortaya çıxır”.

F. Fərmanov deyib ki, ETM-in “cert.az” saytı, 16 54 nömrəli qaynar telefon xətti istifadəyə verilib. İstifadəçilər problemlə üzləşdikdə, bu qaynar xəttə müraciət edərək məlumat ala bilərlər. Onun sözlərimə görə, indiyə qədər ETM-ə 15-ə qədər zəng daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR