Əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hərbiçinin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb

Əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən hərbiçinin apellyasiya şikayəti əsasında məhkəmə başlayıb
# 27 fevral 2014 08:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində əsgər yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Asim Vəliyevin apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə martın 7-nə təyin edilib.


Qeyd edək ki, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Asim Vəliyev əsgər yoldaşı Kamran Hacıyevlə mübahisə edib. Mübahisə zəminində Asim Vəliyev Kamran Hacıyevə təhkim olunan silahlı əlindən alıb. O, avtomat silahı atəş vəziyyətinə gətirərək Kamran Hacıyevə atəş açıb. Nəticədə Kamran Hacıyev aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Asim Vəliyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs müdafiəçisinin vasitəsi ilə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR