Hündürlükdən yıxılan Bakı sakini xəstəxanada ölüb

Hündürlükdən yıxılan Bakı sakini xəstəxanada ölüb
# 17 oktyabr 2013 11:08 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhər sakini bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 15-də İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinin ərazisində Bakı şəhər sakini Natalya Alixanova Girdiman çayının üzərindəki körpünün yaxınlığında hündürlükdən sürüşərək yıxılıb və ağır xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən N. Alixanova orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR