® “Crystal Motors” Respublika Günü münasibətilə “Jaguar” sahibləri üçün kampaniya keçirir - FOTO

<font color=red>® </font>“Crystal Motors” Respublika Günü münasibətilə “Jaguar” sahibləri üçün kampaniya keçirir - <span style="color: red;">FOTO
# 21 may 2013 07:30 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda lüks avtobrendlərin rəsmi distribütoru “Crystal Motors” şirkəti Respublika Günü münasibətilə bütün həmvətənlərini təbrik edir və öz daimi müştərilərinə hədiyyələr təqdim edir.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Crystal Motors” öz daimi müştəriləri üçün xoş sürprizlər hazırlayıb.

2005-2013 buraxılış illərinin “Jaguar” avtomobillərinin sahibləri, tam bir ay ərzində (28 maydan 28 iyunadək) öz avtomobillərində yağın və yağ filtrinin pulsuz əvəzedilməsi imkanından istifadə edə, həmçinin unikal diaqnostik avadanlıqla təchiz edilmiş “Crystal Motors”un müasir xidmət mərkəzində pulsuz texniki baxışdan keçə bilərlər.

“JAGUAR” avtomobillərinin xidməti üçün nəzərdə tutulmuş “Crystal Motors”un xidmət mərkəzi, keyfiyyətin beynəlxalq standartlarına və “JAGUAR” markasının yüksək reputasiyasına uyğun olan, yüksək səviyyədə xidmətlərin tam çeşidini təklif edir.

Texniki heyətin peşəkarlığı avtomobilin xidmətinin hər mərhələsində - ilk diaqnostikadan nasazlığın sonadək aradan qaldırılmasına qədər, işin yüksək keyfiyyətini təmin edir.

Rəsmi nümayəndə statusu “JAGUAR”ın xidmət mərkəzinə orijinal ehtiyat hissələri, ən yeni, unikal diaqnostik avadanlıq, alətlər və lazımi informasiyanı birbaşa istehsalçıdan almaq imkanı verir və bu da, sərfəli qiymətlərlə, avtomobil sahiblərinə ən mükəmməl, keyfiyyətli xidmətə zəmanət verir.

“Crystal Motors” avtosalonu və xidmət mərkəzi İpək Yolu şosesində, Yeni Yasamal massivində yerləşir.

Kampaniyada iştirak etmək üçün 012 565 85 37 və ya 051 303 88 88 əlaqə telefonu vasitəsi ilə qeydiyyatdan keçmək lazımdır.

Əlavə məlumat almaq üçün http://jaguar.az/ saytına və ya Facebook səhifəmizə daxil olun: https://www.facebook.com/JaguarAzerbaijan?ref=ts&fref=ts

“Crystal Motors” şirkətinin rəsmi səhifəsi www.crystalmotors.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR