Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,8% yüksəlib
# 13 may 2013 06:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 119 bəndədək, S&P 500 0,4% - 1 634 bəndədək, Nasdaq 0,8% - 3 437 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə əsasən aprel ayında büdcə profisitinin proqnozlardan daha yüksək olması və bir sıra digər makroiqtisadi göstəricilər təsir edib. Bundan əlavə, investorlar Böyük Britaniyada keçirilən G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündən də müsbət nəticələr gözləyirdilər. Qeyd edək ki, bu gözləntilər özünü doğrultmayıb və sammitdə heç bir ciddi qərar qəbul edilməyib.

Avropa fond bazarlarında mayın 10-da FTSE 100 indeksi 0,5% - 6 625 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 279 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 954 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% azalaraq 1 429,4 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2966 (-0,2%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR