Bakıda spirtli içkilərin və tütün məmulatlarının qeyri-qanuni satışı ilə məşğul olan bəzi obyektlər cərimələnib

Bakıda spirtli içkilərin və tütün məmulatlarının qeyri-qanuni satışı ilə məşğul olan bəzi obyektlər cərimələnib
# 02 may 2014 13:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bakıda spirtli içkilərin və tütün məmulatlarının qeyri-qanuni satışı ilə məşğul olan bəzi obyektlər cərimələnib.

Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov məlumat verib.

Onun sözlərinə görə, bu ilin ötən dövrü ərzində spirtli içkilərin satışı ilə məşğul olan 150, tütün məmulatlarının satışı ilə məşğul olan 113 nəfər fiziki və hüquqi şəxsə lisenziya verilib: “Onlardan alınan dövlət rüsumu 57 860 manat təşkil edib”.

Ə.Bağırov spirtli içkilər və tütün məmulatlarının qeyri-qanuni satışı, satış zamanı baş verən nöqsanlara görə 35 obyektin 820 manat məbləğində cərimələndiyini vurğulayıb: “Bu ilin son 5 ayı ərzində isə satışdakı nöqsanlara görə hüquqi və fiziki şəxslərə qarşı 110 manat cərimə tətbiq olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR