Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edilib

Azərbaycanda yanacaqdoldurma məntəqəsinə basqın edilib
# 01 aprel 2014 10:31 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 30-da Qazax şəhərinin ərazisində yerləşən, “Azpetrol LTD” MMC-yə məxsus yanacaqdoldurma məntəqəsinə “Volkswagen” markalı avtomobildə gəlmiş naməlum şəxs orada işləyən Həsən Nəbiyevə zor tətbiq edərək 280 manatını alıb.

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Quba rayon sakini Mürvət Ağaməmmədov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR