SAM rəhbəri mətbuatda barəsində yayılan məlumata münasibət bildirib

SAM rəhbəri mətbuatda barəsində yayılan məlumata münasibət bildirib
# 28 fevral 2014 11:33 (UTC +04:00)

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib. SAM-dan APA-ya daxil olan açıqlamada qeyd olunub ki, həmin məqalədə adı çəkilən Mahir Zeynalov mərkəzinin əməkdaşı deyil və heç vaxt da olmayıb: “Həmin məqaləni və orada yer alan cəfəngiyatı radikal müxalifətin, onların havadarlarının Azərbaycanın ali hakimiyyət orqanlarına və ayrı-ayrı məmurlara qarşı apardıqları çirkin böhtan və ləkələmə kampaniyasının tərkib hissəsi hesab edirəm. Bu uydurmalar, bədxah fəaliyyət ilk növbədə Azərbaycan dövlətçiliyinə qarşı həm daxildə, həm də onun hüdudlarından kənarda mənfi münasibətin formalaşmasına hesablanan uğursuz cəhdlərdir.

Strateji Araşdırmalar Mərkəzi və onun kollektivi Ulu Öndər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətçiliyinə sədaqətini, cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətə sadiqliyini sözdə deyil, əməli fəaliyyətində nümayiş etdirir. Azərbaycan Respublikasının daha da güclənməsi, qüdrətinin artması üçün həyata keçirdiyimiz genişmiqyaslı işlərə kölgə salmağa cəhd etmək istəyənlər səhv yolda olduqlarının fərqinə varmalıdır.

İşgüzar nüfuzumu zədələməyə hesablanan bu cür əsassız, sübut və dəlilsiz məlumatları mediaya ötürən və tirajlayan KİV-i məhkəməyə vermək hüququmu özümdə saxlayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR