Azərbaycanda sement istehsal edən şirkət barəsində iş qaldırılıb

Azərbaycanda sement istehsal edən şirkət barəsində iş qaldırılıb
# 22 may 2014 16:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycanın sement bazarında monitorinqlərini davam etdirir.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhəri, Bakı-Quba yolu ünvanında fəaliyyət göstərən “VAT” MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına səbəb olan saxta 400 markalı sementlərin istehsal edildiyi müəyyən olunub.

Yoxlama zamanı bu sementlərin müvafiq sertifikat olmadan istehsal edildiyi və onların markalanmasında məhsulların sertifikatlaşdırıldığı barədə istehlakçılara yanlış məlumat verildiyi aşkar edilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “VAT” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR