Misirdə “Müsəlman qardaşlar”ın tərəfdarları ilə polis arasında toqquşmalarda jurnalist ölüb

Misirdə “Müsəlman qardaşlar”ın tərəfdarları ilə polis arasında toqquşmalarda jurnalist ölüb
# 30 yanvar 2014 22:37 (UTC +04:00)

Bakı-APA. Misirdə “Müsəlman qardaşlar” hərəkatının tərəfdarları ilə polis əməkdaşları arasında baş vermiş toqquşmalarda jurnalist ölüb.

APA-nın Əl-Ərəbiyyə telekanalına istinadən verdiyi xəbərə görə, hadisə İsgəndəriyyə şəhərində baş verib.

Jurnalistin hansı mətbu orqanında çalışdığı barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR