Lənkəranın daha iki yaşayış məntəqəsi təbii qazla təchiz olunub - FOTO

Lənkəranın daha iki yaşayış məntəqəsi təbii qazla təchiz olunub - <span style="color: red;">FOTO
# 24 sentyabr 2013 16:27 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 24-də Lənkəran rayonunun daha iki yaşayış məntəqəsi – Aşağı Nüvədi qəsəbəsi və Küvənül kəndi təbii qazla təchiz olunub.

APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən təntənəli açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Aşağı Nüvədi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşadət Mirzəyev, sakinlərdən Məlik Əliyev və Cəbrayıl Əyyubov çıxış edərək 20 illik fasilədən sonra ərazinin “mavi yanacaq”la təmin edilməsi ilə əlaqədar prezident İlham Əliyevə, rayon rəhbərliyinə və “Azəriqaz” İstehsalat Birliyinin kollektivinə minnətdarlıqlarını çatdırıblar.

Əlamətdar hadisə münasibətilə əhalini təbrik edən Lənkəran ŞİH-in başçısı Taleh Qaraşov təbii qazdan xeyir işlərində istifadə etmələrini arzulayıb. Sonra qazın açılışını bildirən rəmzi məşəl alovlandırılıb.

Qeyd edək ki, ümumilikdə 961 abonenti olan bu iki yaşayış məntəqəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 27 826 metr uzunluğunda metal borular çəkilməklə 961 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR