Gürcüstanda Bakı-Tiflis-Qars dəmiryol tikinti layihəsinin gedişi müzakirə edilib

Gürcüstanda  Bakı-Tiflis-Qars dəmiryol tikinti layihəsinin gedişi müzakirə edilib
# 08 yanvar 2014 18:33 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan İqtisadiyyat Nazirliyində “Bakı-Tiflis-Qars” layihəsi üzrə tikintinin gedişi ilə bağlı keçirilən işçi görüşündə bildirilib.

Görüşdə 2013-cü ildə tikintinin gedişi ilə bağlı hesabat dinlənilib, yeni ildə layihənin həyata keçirilməsi üzrə görülməsi nəzərdə tutulan məsələlər müzakirə olunub. Qeyd olunub ki, hazırda tikintidə işlər dörd mərhələdə həyata keçirilir və BTQ-nin Gürcüstan hissəsində ümumi işin 31%-i görülüb.

Xatırladaq ki, BTQ layihəsinə görə, Gürcüstanda 153 km “Marabda-Kartsaxi” dəmiryolu sahəsi yenidən qurulacaq və Axalkalakidən Türkiyəyə qədər uzanacaq 27 km dəmiryolu tikiləcək.

Qeyd edək ki, görüşdə Gürcüstanın İqtisadiyyat Naziri Giorgi Kvirikaşvili, nazirin birinci müavini Dmitri Kumsişvili, nazir müavini Natia Mikeladze, “Marabda-Kartsaxi” MMC direktoru Oleq Biçiaşvili və digər rəsmi şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR