AMEA-da bəzi elmi müəssisələrin adları dəyişdirilib

AMEA-da bəzi elmi müəssisələrin adları dəyişdirilib
# 27 fevral 2014 15:20 (UTC +04:00)

APA-nın məlumatına görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin növbəti iclasında bildirib ki, elm və texnologiyanın inkişafı, yeni elmi istiqamətlərin meydana çıxması Akademiyanın nəzdindəki bəzi institutların fəaliyyətinin genişlənməsi ilə müşaiyyət olunur və bu, AMEA-nın strukturunda islahatlara ehtiyac yaradıb.

İclasda Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu və Elm Tarixi İnstitutunun yaradılması məqsədi ilə zəruri tədbirlərin icrası haqqında qərarlar qəbul olunub. Həmçinin qərara alınıb ki, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından “sosiologiya” sözü götürülsün, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılsın.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR