Yanvar ayında Azərbaycan Müdafiə Nazirliyinə KİV-dən ünvanlanan suallar əsasən cəbhədəki vəziyyətlə bağlı olub

Yanvar ayında Azərbaycan Müdafiə Nazirliyinə KİV-dən ünvanlanan suallar əsasən cəbhədəki vəziyyətlə bağlı olub
# 08 fevral 2014 10:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Nazirliyinə qurumun rəsmi veb-saytı üzərindən ötən ay 20 kütləvi informasiya vasitəsindən 40-dək yazılı sorğu və 100-dən artıq müxtəlif sual daxil olub. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Daxil olan sualların hamısı mətbuat xidməti tərəfindən cavablandırılıb.

Yanvar ayı ərzində yalnız kütləvi informasiya vasitələri nümayəndələrindən Müdafiə Nazirliyinin mətbuat xidmətinə hər gün 25-30 telefon zəngi daxil olub. Yanvar ayında suallar əsasən atəşkəsin pozulması ilə əlaqədar cəbhədə – ön xətdəki vəziyyətlərlə bağlı olub.

Mətbuat xidmətindən o da bildirilib ki, ictimaiyyət üçün maraqlı ola biləcək məlumatlara aydınlıq gətirilməsi üçün Müdafiə Nazirliyinin rəsmi internet səhifəsinin aktivliyi artırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR