Azərbaycanda Qurban bayramında ucuz qurbanlıq heyvanların satışı təşkil olunacaq

Azərbaycanda Qurban bayramında ucuz qurbanlıq heyvanların satışı təşkil olunacaq
# 27 sentyabr 2013 07:20 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları müvafiq tədbirlər görmək barədə qərara gəliblər.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə adları qeyd edilən qurumlar tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakı ətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Qeyd edək ki, satış məntəqələrinin ünvanları barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR