AHİK sədri: “Sanatoriyalarda yenidənqurma işləri aparılır”

AHİK sədri: “Sanatoriyalarda yenidənqurma işləri aparılır”
# 29 aprel 2014 09:18 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Bakıda Şıx sanatoriyası istisna olmaqla, digərlərində yenidənqurma işləri aparılır. Bu sanatoriyaların bərpası üçün 2 milyon manata yaxın vəsait ayrılıb, bu vəsait sayəsində bütün sanatoriyaların həyəti abadlaşdırılıb, müasir tələblərə uyğunlaşdırılıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

Onun sözlərinə görə, artıq sanatoriyaların tibbi və mətbəx avadanlıqları da dəyişdirilib, yenidən qurulub: “Bütün imkanlarımızı səfərbər edirik ki, istirahətə gələnlər üçün imkanlar yaradaq. İldən-ilə istirahət edənlərin sayı artır. Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda həm iş təşkilatları, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün külli miqdarda vəsait xərclənir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR