İqtisadiyyat və sənaye naziri Salyanda vətəndaşlarla görüşüb - FOTO

İqtisadiyyat və sənaye  naziri Salyanda vətəndaşlarla görüşüb - <span style="color: red;">FOTO
# 18 yanvar 2014 11:23 (UTC +04:00)

Salyan. Əlibəy Zeynallı - APA. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bu gün Salyanda vətəndaşları qəbul edib. Qəbulda Salyan, Neftçala, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlar iştirak ediblər.


APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, nazir vətəndaşların müraciət və təkliflərini dinləyib. Müraciətlərin əksəriyyəti sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər və sosial məsələlərlə bağlı olub. Qəbul zamanı taxılçılıq, üzümçülük, pambıqçılıq, istixana təsərrüfatları, aqrar sektorun sənaye əsasları üzərində qurulmasına dair təkliflər verilib.


Vətəndaşların müraciətləri İqtisadiyyat və Sənaye Nazirliyinin struktur bölmələri tərəfindən yerində araşdırılıb və həll olunmasına göstəriş verilib. Nazirliyin səlahiyyətinə aid olmayan digər məsələlər isə aidiyyəti qurumlara çatdırılması üçün qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR