Ermənistandakı hərbi hospitaldan bir neçə əsgər qaçıb

Ermənistandakı hərbi hospitaldan bir neçə əsgər qaçıb
# 04 noyabr 2013 08:11 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Ermənistandakı “Kanaz” qarnizon kliniki hospitalından bir neçə hərbçi qaçıb. APA-nın “Regnum”a istinadən yaydığı xəbərə görə, insident noyabrın 3-nə keçən gecə baş verib. Bu olaydan əvvəl hospitalda müalicə olunan əsgərlər dalaşıblar. Qarşıdurmanın hansı səbəbdən yarandığı bəlli deyil.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsrun Ovannisyan bildirib ki, əsgərlər növbətçi həkimə hücum ediblər və daha sonra qaçıblar. Qaçan əsgərlərin sayının 4-5 nəfər olduğu bildirilir. Onlardan 3-nün daha sonra tapılaraq geri qaytarıldığı xəbər verilir. Faktla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR