® Nigar Camal "Megafun" üçün "Həyəcanın yaşı yoxdur" klipini təqdim edib - VİDEO - FOTOSESSİYA

<font color=red>® </font>Nigar Camal "Megafun" üçün "Həyəcanın yaşı yoxdur" klipini təqdim edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTOSESSİYA
# 04 aprel 2013 08:42 (UTC +04:00)

Açılışından qısa müddət keçməsinə baxmayaraq Megafun artıq istər uşaqların, istərsə də böyüklərin ən sevimli məkanına çevrilib.

APA-nın məlumatına görə, ötən gün bütövlükdə “Azure” alış-veriş və əyləncə mərkəzinin və təbii olaraq “Megafun”un siması olan Nigar Camalın ifasında bu mərkəzin sloqanı-devizi olan "Həyəcanın yaşı yoxdur" mahnısı və bu mahnıya çəkilmiş klipin təqdimatı keçirilib.

Nərgiz Cəlilovanın aparıcılıq etdiyi təqdimat mərasimində “Megafun” əyləncə mərkəzinin səlahiyyətlisi Can Dənizkurt, "Eurovision" qalibi Nigar Camal, mahnının bəstəkarı İsa Məlikov, sözlərin müəllifi Paulina Volodkovskaya-Məlikova iştirak edib. “Megafun”ın bütün əyləncəli tərəflərini əks etdirən klip ukraynalı rejissor Aleksey Lamax tərəfindən çəkilib. Bu rejissor Azərbaycan tamaşaçılarına Nigar Camalın digər kliplərinin müəllifi kimi də tanışdır.

Klip 2D, 3D animasiya, 3D mapinq və digər "new media" texnologiyaları üzərində qurulub. Bu klip əslində Nigar Camalla birgə “Megafun” adlı möcüzələr aləminə bir səyahətdir. “Megafun”a gələn hər kəs "Həyəcanın yaşı yoxdur" devizinin bu məkana çox uyğun olduğunu yaxşı bilir. “Megafun”da insan neçə yaşı olduğunu unudaraq əyləncənin, oyunun, həyəcanın dadını çıxarır.

Mətbuat konfransında çıxış edən “Megafun” əyləncə mərkəzinin səlahiyyətlisi Can Dənizkurt Nigar Camalla əməkdaşlıq və kliplə əlaqədar fikirlərini bölüşüb: "Biz “Megafun” kimi bir əyləncə mərkəzini böyük iqtisadi yüksəliş göstərən və dərin mədəni köklərə sahib olan Azərbaycanda təmsil etməkdən böyük qürur duyuruq. Yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox dəyərli bir sənətçi olan Nigar Camalın “Megafun”ın siması olması isə bizə ikiqat fərəh hissi bəxş edir. Ümid edirik ki, bu əməkdaşlığımız həm Megafun-a, həm də Nigar Camala yeni uğurlar qazandıracaq". C.Dənizkurt Nigar Camalın bu mərkəzə həqiqətən də uğur gətirdiyini və bu əməkdaşlıqdan məmnun olduqlarını bildirib.

Nigar Camal klipin 24 saat müddətində çəkildiyini bildirib və qeyd edib ki, o, məhz bu klip üçün ilk dəfə buz üstünə çıxıb: "Çəkiliş müddətində bir çox yaddaqalan anlar baş verdi. “Megafun” əyləncə mərkəzində bu zamana kimi çox zaman keçirmişəm və yetəri qədər həyəcan yaşamışam. O səbəbdən də hər kəsə bu həyəcanı yaşamağa dəvət edirəm". Bəstəkar-prodüser İsa Məlikov Azərbaycanda ilk dəfə bu tipli klipin çəkildiyini diqqətə çatdırıb. O bildirib ki, mahnının bu cür həyəcanlı alınması üçün bu həyəcanı bütünlüklə keçirib.

Təqdimat mərasimində xalq artisti Faiq Ağayev, "Eurovision" qalibi Eldar Qasımov, Zəhra Bədəlbəyli, müğənni Zamiq, Hüsniyə Məhərrəmova, Murad Arif, "Dəyirman" qrupunun üzvləri və digər tanınmış simalar iştirak ediblər. “Azure” biznes mərkəzinin 29-cu mərtəbəsində yerləşən “Opera Sky”da keçirilən təqdimat mərasimində Nigar Camalın xüsusi proqramı da təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR