Bank Of Baku

ADY dəmir yollarında maneələrin aşkarlanması üçün süni intellekt həlləri axtarır

ADY dəmir yollarında maneələrin aşkarlanması üçün süni intellekt həlləri axtarır
# 30 sentyabr 2026 15:14 (UTC +04:00)

Azərbaycan Dəmir Yolları (ADY) dəmir yollarında dayanıqlılığın artırılması məqsədilə yeni innovativ texnologiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə davam edir.

"APA-Economics"in məlumatına görə, bu barədə ADY məlumat yayıb.

Məlumata görə, bu istiqamətdə növbəti addım dəmir yolu üzərindəki təhlükəli maneələri real vaxt rejimində və istənilən hava şəraitində aşkarlayıb təsnifləndirən süni intellekt əsaslı startap həlləri üzrə müraciətlərin qəbuluna başlanılmasıdır.

Bildirilib ki, təşəbbüs ADY nümayəndələrinin iştirakı ilə keçirilən "Plug and Play × IDDA – Industry Challenge" innovasiya seminarında aparılan müzakirələr əsasında formalaşıb.

Seminar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA) və beynəlxalq innovasiya şirkəti "Plug and Play" tərəfindən birgə təşkil olunub. Tədbirdə nəqliyyat sektorundakı çağırışlar və onların həllində startap texnologiyalarının tətbiqi imkanları müzakirə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR