Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Azərbaycanla oyuna 32 futbolçu çağırıb

Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Azərbaycanla oyuna 32 futbolçu çağırıb
# 19 avqust 2014 12:13 (UTC +04:00)
Bakı – APA. Rusiya yığmasının millimizlə yoldaşlıq, Lixtenşteynlə seçmə mərhələ oyunu üçün geniş heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçi Fabio Kapello 32 futbolçuya dəvət göndərib.

Qapıçılar: İqor Akinfeyev (MOİK), Yuri Lodıqin (“Zenit”), Artyom Rebrov (“Spartak”);

Müdafiəçilər: Aleksey Berezutski, Vasili Berezutski, Sergey İqnaşeviç, Kirill Nababkin (hamısı MOİK), Vladimir Qranat (“Dinamo”), Andrey Yeşçenko (“Kuban”), Dmitri Kombarov, Yevgeni Makeyev, Sergey Parşivlyuk (hər üçü “Spartak”), Andrey Semyonov (“Terek”), İqor Smolnikov (“Zenit”);

Yarımmüdafiəçilər: Yuri Qazinski (“Krasnodar”), Denis Qluşakov (“Spartak”), İqor Denisov (“Dinamo”), Alan Dzaqoyev, Kirill Pançenko (hər ikisi MOİK), Pavel Moqilevets, Məhəmməd Ozdoyev (hər ikisi “Rubin”), Dmitri Tarasov (“Lokomotiv”), Viktor Fayzulin, Oleq Şatov (hər ikisi “Zenit”);

Hücumçular: Artyom Dzyuba (“Spartak”), Aleksey İonov, Aleksandr Kokorin (hər ikisi “Dinamo”), Maksim Kanunnikov (“Rubin”), Aleksandr Kerjakov (“Zenit”), Dmitri Poloz (“Rostov”), Aleksandr Səmədov (“Lokomotiv”), Denis Çerışev (“Vilyarreal”, İspaniya).

Qeyd edək ki, yekun siyahı daha sonra açıqlanacaq. Rusiya yığması isə sentyabrın 3-də keçiriləcək millimizlə oyunun hazırlıqlarına cəmi 2 gün sərf edəcək. Belə ki, şimal qonşularımız sentybarın 1-də məşqlərə başlayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR