TAP konsorsiumu daha bir tender elan edib

TAP konsorsiumu daha bir tender elan edib
# 10 dekabr 2014 10:19 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Trans-Adriatik qaz boru kəməri konsorsiumu (TAP) layihənin böyük diametrli kürə kranları və ötürücülərlə təchiz olunması üçün tender elan edib.

TAP-dan “APA-Economics”ə daxil olan məlumata görə, tender 600 və 900 növ 48 və 36 diametr ölçüsündə 55 kürə kranını əhatə edir.

Məlumatda deyilir ki, böyük diametrli kürə kranları və ötürücülərin tələbləri və keyfiyyəti yüksək mühəndislik standartlarına malik təhlükəsizlik xüsusiyyətlərinə malikdir. Bu da TAP layihəsinin texniki keyfiyyət və təhlükəsizlik baxımından yüksək dərəcəli keyfiyyətin təmin olunacağına dair zəmanət verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR